Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
“Kia” markalı avtomobil ilə digər minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Qəza zamanı avtomobillərdən biri yol kənarında dayanan piyadanı da vurub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.