"G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur" - BDU-nun Astrofizika kafedrası

Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb, lakin Yerə yönələn tac kütlə atılmaları müşahidə ediməyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq. 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq. Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq.

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur  - FOTO