Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə axar.az-a Heydər Oğuz məlumat verib.

O bildirib ki, F.Nəcəflinin istintaqa cəlb edilmə səbəbi 10 milyon ton taxıl ehtiyatının satılaraq, pulunun mənimsənilməsi ilə bağlıdır:

“Qeyd edim ki, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli ilə bağlı da iddialar var və məndə olan məlumata görə, o da Naxçıvanda baş verən özbaşınalıqla bağlı Bakıya çağırılıb.

Həmçinin yeyintilər olan zamanlarda Ceyhun Cəlilov Baş nazir idi.

Ancaq onu da vurğulamaq istəyirəm ki, bu, sabiq xüsusi nümayəndə ilə bağlı yeganə hadisə deyil”.

Xatırladaq ki, daha öncə də Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Fuad Nəcəfli ötən il noyabrın 12-də vəzifəsindən azad edilib.