Çinin Yunnan bölgəsində vəhşi Asiya fili narkotik tapıb. Belə ki, polis dörd fili kənddən qovmağa çalışarkən, fillərdən biri bel çantasına rast gəlir və onu iyləməyə başlayır. Filin iylədiyi gizli bel çantasında polis 2,8 kiloqram tiryək aşkar edib.
Stopnarkotik.az bildirir ki, Çinin Yunnan şəhəri məşhur "Qızıl Üçbucaq" ilə həmsərhəddir və qeyri-leqal narkotik maddələrin istehsalı və ticarəti ilə məşhurdur.
Məlumat üçün bildirək ki, “Qızıl Üçbucaq” 20-ci əsrin ortalarında Vyetnamın şimal-şərqi və cənubi Çin də olmaqla Tayland, Myanma və Laosun dağlıq bölgələrini əhatə edən yerli və qlobal elitalara bağlı narkotiklə əlaqəli mütəşəkkil cinayətkar sindikatların, başqa sözlə narkomafiyaların tiryək istehsalı və ticarəti sisteminin mövcud olduğu coğrafi ərazidir. Myanma Əfqanıstandan sonra dünyada ikinci ən böyük tiryək istehsalçısıdır və dünya tiryəkinin təxminən 25%-ni istehsal edir. Tiryək istehsalı əsasən Şan və Kaçin əyalətlərində cəmlənir.
Stopnarkotik.az