Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Basarkeçər rayonun Zod hissəsində 1 hərbçi ölüb, 1 hərbçi yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki atəş nəticəsində Ermənistan ordusunda 1 ölü və 1 yaralı var.
Onu da qeyd edək ki, bununla yanaşı, Azərbaycan ordusu tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində erməni bölmələrinin kəşfiyyat və atəşə nəzarətini təmin edən Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşını məhv edilib.
Hansı ki, həmin maşından Ermənistanın Azərbaycan ordusuna qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib.
Stopnarkotik.az