Ermənistanın keçmiş elm və təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə onun partiya yoldaşı, keçmiş vitse-spiker Eduard Şarmazanov məlumat yayıb.
A.Aşotyanın niyə həbs olunduğu hələ ki açıqlanmayıb.
Siyasətçi daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.