Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü

Erməni sərhədçi Voskeparda yerləşən kilsənin yaxınlığında minaya düşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, o, mina partlayışı nəticəsində bir ayağını itirib.

Sərhədçi Noyamberyan Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, Voskepar kəndi Qazaxla sərhəddə delimitasiya və demarkasiya işləri nəticəsində erməni tərəfində qalan kənddir.