Epşteynin Moskva reysi və "Norilsk Nikel"

“Epşteyn rəzaləti”nin təfərrüatları dünyada əks-səda doğurub. ABŞ-da ifşadan sonra cinayət şəbəkəsinin müxtəlif ölkələrdə törətdiyi işləklər üzə çıxmaqdadır. Rusiya da bu qəbildəndir.

Stopnarkotik.az xəbər verir ki, Epşteyn şəbəkəsinin Rusiya ilə əlaqədar bəzi məlumatları ortaya çıxıb. Məlum olub ki, model agentliklərinə iş adamları üçün “yüksək keyfiyyətli fahişələr” tapmaq üçün sponsorluq edən əsas korporasiyalardan biri kimi “Norilsk Nikel”in də adı çəkilir. Dmitri Zelenin (sonradan Tver vilayətinin qubernatoru olmuş, "Qurd" ləqəbli və hazırda Qırğızıstan vətəndaşıdır) və Mixail Proxorovun dövründə qlobal nüfuza malik nüfuzlu agentliklər - məsələn, hazırkı Dövlət Dumasının deputatı Dmitri Svişevə məxsus “Modus Vivendis” - varlı müştərilərlə işləmək üçün gənc qadın və kişiləri cəlb edirdilər. Onlara podium bacarıqları, düzgün davranış və nəzakətli nitq daxil olmaqla hərtərəfli təlim keçilib. Hətta ədəbiyyat, iqtisadiyyat və tarix üzrə qısa təhsil alıblar. Sonra onlar Moskva yaxınlığındakı məşhur, qapalı restoran kompleksi "Lujki"yə aparılaraq xaricə göndəriliblər. Birbaşa və ya dolayı yolla olsun, “Modus Vivesndis”in gənc “balalar”ı da Ceffri Epşteynin adasında qalıblar. Mixail Proxorovun özünün də ən azı bir dəfə ora baş çəkdiyi məlum olub. Lakin onun həmin vaxt kiminlə cinsi əlaqədə olduğu bəlli deyil: Epşteynin geylərlə lağlağı fonunda məzhəkə qurması məlum imiş. Zeleninin (qubernator statusunda) adaya səfəri sual altındadır, lakin bu, Moskvada geniş müzakirə olunub.

Stopnarkotik.az