Ədliyyə Nazirliyinə yeni təyinatlar olub.
Stopnarkotik.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə, Vidadi Məmmədov isə İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə də rəis təyin edilib. Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.