DİN tərəfindən 4,6 ton narkotik dövriyyədən çıxarılıb - ÖTƏN İLİN HESABATI

2023-cü il ərzində daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qanunsuz dövriyyədən 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox, yəni 4 ton 464 kiloqram narkotik vasitə çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, bununla yanaşı ümumi çəkisi 268 ton 881 kiloqram olan narkotik tərkibli butki yaşıl kütlə hakında məhv edilib, 352 nəfərdən ibarət 159 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.