Daha iki rəis müavini işdən çıxarıldı - NAZİRDƏN ƏMR

Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. 

Əmrə əsasən, Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər. 

Rəhimov Sənan Təyar oğlu isə idarənin rəisi olaraq təsdiqlənib. 

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.