"Burada qanun pozuntusundan söhbət gedə bilməz” - Gürcü ekspert Ermənistana göndərilən texnikalar haqda

“Ermənistana Gürcüstan ərazisindən göndərilən texnikalar qarşı tərəfə ağır zərbə endirəcək texnikalar deyil. Bunun üçün düşünmürəm ki, burada hansısa problem yaransın”.

Bu fikri hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.

“Gürcstan NATO-ya üzv olmağa çalışdığı üçün Fransa ilə əlaqələri mövcuddur. Ermənistanla da qonşuluq əlaqələri var. Gürcüstanın öz ərazisindən istifadə etdirərək Ermənistana texnikanın keçidinə icazə verməsi beynəlxalq hüquqlar çərçivəsindədir. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz” - deyə, o bildirib./report