Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edib.
Stopnarkotik.az xəbər verir ki, ölkə lideri bu barədə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
"Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından tamamilə imtina etdiyi bəndlə razılaşarsa, hesab edirəm ki, bu ilin sonuna kimi sülh sazişinin imzalanması real ola bilər", - dövlət başçısı deyib.