Biləsuvarda yol qəzası baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.
İlkin məlumata görə, sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.
Faktla bağlı araşdırma başlanılıb.