18 İyul, 2023 - 21:02 Biləsuvarda 9 yaşlı uşaq zəhərləndi Biləsuvar rayonunda zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü oğlan benzindən zəhərlənib. O, rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.