Benzinlə bağlı gömrük rüsumu ləğv edildi - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Stopnarkotik.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib:

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək bu benzin üçün gömrük rüsumu ləğv edilib.

Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.