Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.