Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində bir nəfər şəxsin üzlüyündə 250 manat pulu olan mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az