Bakıda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini yaşlı qadın bir kişini bıçaqlayıb.
Məlumata görə, kişi hadisə yerində həyatını itirib.
Sakinlərin sözlərinə görə, bıçaqlanmaya səbəb kişinin narkotik maddə satması olub.
Hadisə yerinə polislər cəlb edilib.