Bakıda məşhur kompleksdə faciə: 4 yaşlı uşaq boğulub öldü

Bakıda idman kompleksində faciəli hadisə baş verib. 

Stopnarkotik.az Lent.az-a istinadən bildirir ki, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb. 

Yasamal rayon sakini, 2019-cü il təvəlüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub. 

Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.