Məşhur futbolçuya günün günorta çağı küçənin ortasında silahlı hücum

Belçika Liqasında “Union Sen-Jilluaz” komandasının hücumçusu Məhəmməd Fuseini küçədə beş nəfərin silahlı hücuma məruz qalıb. 

Onun bəzi qiymətli əşyaları oğurlanıb. 24 yaşlı qanalı oyunçu xəstəxanaya aparılsa da, vəziyyətinin yaxşı olduğu bildirilir. 

Hollandiya mətbuatında yer alan xəbərlərə görə, 24 yaşlı qanalı hücumçu ötən gün küçədə beş nəfərlik silahlı şəxsin hücumuna məruz qalıb. Silahla hədə-qorxu gəlinən istedadlı futbolçunun bəzi qiymətli əşyalarının oğurlandığı bildirilir.

Hadisə yerində təcili yardım işçilərinin ilkin tibbi yardım göstərdiyi və tədbir olaraq xəstəxanaya aparılan Fuseininin səhhətinin yaxşı olduğu bildirilir. Polis hadisə yerindən qaçan beş şübhəlini tutmaq üçün genişmiqyaslı araşdırma başladıb.