Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

Bakıda silahlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.

Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Şəkilin açıqlaması yoxdur.