Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az - a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müxtəlif vaxtlarda Çiçək və Hökməli qəsəbələrində 2 evdən 2600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Şahin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.