Türkiyənin Erzincan şəhərinə qar yağıb.
Gecə boyu yağan yağış səhər saatlarında qarla əvəz olunub.
Refahiyə rayonunun Gemecik kəndinə yağan qar insanları təəccübləndirib. Keşiş və Munzur dağlarının zirvələri tamamilə qarla örtülüb.
Erzincan-Sivas avtomobil yolunun 2190 metr hündürlüyündə olan Kızıldağ aşırımında da qar öz təsirini göstərib.
Ərazidə yağış və qarın davam edəcəyi, Ərzincan və Bayburt ətrafında güclü olacağı proqnozlaşdırılır.