Azərbaycanda zəlzələ oldu

Qəbələ zəlzələ baş verib.

Saat 21.20 radələrində yüngül silkələnmə hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala kimi hiss olunub.