Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yerini daha da yaxşılaşdırıb.
Stopnarkotik.az xəbər verir ki, ötən gün 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyevin qızıl mükafat əldə etməsinin ardından Azərbaycan 15-ci pilləyə yüksəlib.
Qeyd edək ki, daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.
Xatərladaq ki, hazırki vəziyyətə görə, ilk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.