Azaraq Ermənistana keçən əsgərimiz Bakıya gətirildi - VİDEO

Laçında əlverişsiz hava şəraitində azan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib.

Stopnarkotik.az-ın məlumatına görə, o, artıq Bakıya gətirilib.

Hərbçimizi gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.

Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.