Ağdaşda nikah yaşına çatmayan şəxsin nişan mərasimində media nümayənədləri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişəylə bağlı ekspertizalar təyin edilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, münaqişə polis tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.
Xatırladaq ki, avqustun 7-də Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub. Həmçinin hadisəni işıqlandırmağa çalışan media nümayəndələrinə qarşı aqressiv davranılıb, onların çəkiliş aparmasına mane olunub və kameralarına müdaxilə edilib.