Ağcabədidə iki avtomobil toqquşdu: XƏSARƏT ALANLAR VAR - FOTO

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az "Teleqraf"a istinadla xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Medial

Medial