Ağcabədi Rayon Polis Şöbəsinin DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Yeni Qaradolaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
Bundan başqa RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində daha bir rayon sakini
özündə olan odlu silahı polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Stopnarkotik.az