İRANLA SƏRHƏDDƏ ƏMƏLİYYAT - 8 kiloqrama yaxın narkotik ələ keçirildi / FOTO

Narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Stopnarkotik.az-a bildirilib ki, ölkəyə keçirilməsinə cəhd olunan maddələr 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həb olub.

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narkotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İranla sərhəddə ƏMƏLİYYAT:  8 kiloya yaxın narkotik ələ keçirildi