“Abzas media”-nın direktoru Ülvi Həsənli və həmin strukturun baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, qərarlar Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub.
Qərarlara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.
Hər ikisi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.