ABŞ Dövlət Departamenti İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir.
Pentaqon iddia edir ki, İsrailə döyüş təyyarələrinin satışı bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq.
***23:31
ABŞ İsrail üçün 20 milyard dollar həcmində silah paketini təsdiqləyib.
“AFP” agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.