Martın 27-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 8 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 8 patron darağı və 215 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.