Biləsuvar rayonunda 45 yaşlı kişi ülgüclə hər iki qolunu doğrayıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində baş verib.
Biləsuvar şəhər sakini, 1978-ci il təvəllüdlü S. Qurbanov hər iki qolunun said nahiyəsini ülgüclə doğrayaraq, özünə xəsarət yetirib.
O, ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.