İyulun 29-da yabanı halda bitmiş 16 500 ədəd çətənə kolu aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti açıqlama yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanan çətənə bitkiləri yandırılaraq məhv edilib.
"Bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə nazirlikdən bildirilir.
Stopnarkotik.az