Rusiyalı Aleksey Qaskov 1995-ci ildən etibarən 100-dən çox qətl törətdiyini etiraf edib.
Oxu.Az "Vesti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, dəqiq sayını xatırlamır, çünki qurbanlarını saymayıb.
"1995-ci ildən başlayaraq, təxmini desəm, 100-dən çox qətl törətmişəm. Mən saymamışam, qeyd aparmamışam, belə şeyləri yalnız bəzi manyaklar sayır", - deyə o bildirib.
Aleksey Qaskov həmçinin peşman olduğunu və istintaqla əməkdaşlıq etmək üçün dəfələrlə könüllü ifadə verdiyini qeyd edib.
O, ilk dəfə 2002-ci ilin dekabrında Berdsk şəhərində qızların qətli və zorlanması şübhəsi ilə saxlanılıb, lakin həmin vaxt onun günahını sübut etmək mümkün olmayıb.
Daha sonra 2006-cı ilin mayında 11 yaşlı qızın zorlanması şübhəsi ilə yenidən saxlanılıb və bir il sonra 10 il yarım müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə azadlığa buraxılıb.
2024-cü ilin iyulunda aparılan bioloji ekspertiza 2002-ci ildə Moskva vilayətində törədilmiş qətllərdən götürülən nümunələrin məhz ona aid olduğunu təsdiqləyib.
Hazırda istintaq onun digər açılmamış cinayətlərdə iştirakını da araşdırır.