Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Stopnarkotik.az xəbər verir ki, yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bundan əlavə, yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 2 tapança, 4 patron darağı və 63 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Stopnarkotik.az