Zərdabda yol qəzasında 3 nəfər xəsarət aldı

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.

Stopnarkotik.az xəbər verir ki, Zərdab sakini Samir Hüseynlinin idarə etdiyi “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca, daha sonra bardürə çırpılıb.

Nəticədə sürücü və sərnişinləri - 2003-cü il təvəllüdlü Aydın Əhmədov, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.