Polşa da müharibəyə hazırlıq yolunda irəliləyir - "TAM DÖYÜŞ HAZIRLIĞI" STATUSU YOLDA

Polşa hökuməti ölkədə "tam dövlət döyüş hazırlığı" statusunu nəzərdə tutan yeni hüquqi mexanizm hazırlayır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə nazirinin müşaviri Matsey Samsonoviç "Defence24" portalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni status sülh dövrü ilə hərbi vəziyyət arasında mövcud hüquqi boşluğu aradan qaldıracaq. Bu, hökumətə rəsmi hərbi vəziyyət elan edilməzdən əvvəl qoşunların yerləşdirilməsinə, strateji infrastrukturun hazırlanmasına və NATO müttəfiqlərinin qüvvələrinin qəbuluna başlamağa imkan verəcək.

Samsonoviç bildirib ki, qanun layihəsi üzərində iş davam edir və ətraflı məlumat hələlik açıqlanmır.

Stopnarkotik.az