Zaqatalada nəvəsi tərəfindən bıçaqladığı 77 yaşlı kişi xəstəxanada ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu gün çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar İbrahimov bu gün nəvəsi tərəfindən bıçaq xısarətləri almışdı.
xxx
17:56
Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Stopnarkotik.az xəbər verir ki, R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.