“Yetenek Sizsiniz” iştirakçısı pişik qumunda gizlətdiyi narkotikə görə həbs edildi

İstanbulda keçirilən narkotik əməliyyatı zamanı “Yetenek Sizsiniz” yarışmasında sehrbaz kimi tanınan Yaser Koçak narkotik satışı ilə həbs edilib.

Polis bir müddət onu izlədikdən sonra evinə əməliyyat keçirib.

Evdə axtarış zamanı:Pişik qumunun içində gizlədilmiş 619 qram narkotik maddə tapılıb,həmçinin 2 ədəd həssas tərəzi aşkar edilib.Onun sehrbazlıq şoularında istifadə etdiyi avadanlıqlar da polis tərəfindən götürülüb.

Polisdə ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbs olunaraq həbsxanaya göndərilib. 

Stopnarkotik.az

**

**