67 yaşlı qadın avto-qəzada öldü

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 

Stopnarkotik.az