Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2645-ə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Venesuela Rabitə və İnformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı 12 666 nəfərə çatıb.
Nazirlik qeyd edib ki, zəlzələ 885 binaya təsir edib. Həmçinin, 189 tikilinin uçduğu zəlzələlərdən sonra indiyə qədər 6462 nəfər xilas edilib və 86117 ailəyə yardım göstərilib.