"Venesuela prezidenti narkotik kartelinə rəhbərlik edir" - ABŞ DÖVLƏT KATİBİ

ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronu narkotik kartelinə rəhbərlik etməkdə ittiham edib.

Stopnarkotik.az xəbər verir ki o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Dövlət katibinin sözlərinə görə, "qeyri-legitim" Maduro ABŞ Dövlət Departamentinin xarici terror təşkilatı kimi tanımaq niyyətində olduğu Los Soles kartelinin rəhbəridir.

Rubio əlavə edib ki, Maduronun qrupu Venesuelanın dövlət qurumlarını "alıb" və terror zorakılığına görə məsuliyyət daşımalıdır.