“Vaqnerçi”lər bu gecə atəş açan Rusiya ordusuna məxsus 2 helikopteri vurublar.
Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.
****08:49
Rostovda Rusiya ordusu ilə “Vaqner” arasında ilk toqquşma olduğu iddia edilən kadrlar yayılıb.
Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilib.
***06:12
“Bu dəqiqələrdə Baş Qərargah rəisi “Vaqner” üzvlərinin kolonlarına aviasiya zərbələri endirməyi əmr edib”.
Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sosial şəbəkədəki müraciətində qeyd olunub.
“Pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər”, - deyə o qeyd edib.
***03:25
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayılıb.
Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.
“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur.