Türkiyənin Qaziantep şəhəri və ətraf 14 vilayətdə narkotik qaçaqmalçılarını hədəf alan "Qaziantepdə Narkotik Tələsi Əməliyyatı" keçirildiyini açıqlayıb. Əməliyyatlarda 548 şübhəli müəyyən edilib və indiyə qədər 382 şübhəli saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat barədə Ədliyyə naziri Akın Gürlek sosial media hesabında verdiyi açıqlamada açıqlama yayıb.
Nazir Gürlekin açıqlamasında deyilir:
“Qaziantep küçələri narkotik qaçaqmalçılarından təmizlənir. Gənclərimizin gələcəyini, ailələrimizin dincliyini və şəhərlərimizin təhlükəsizliyini hədəf alan narkotik baronlarına, küçə satıcılarına və onların rəqəmsal şəbəkələrinə yer qoymuruq”.
Əməliyyatın təfərrüatlarına görə, Qaziantep Vilayət Polis İdarəsi tərəfindən Qaziantep Baş Prokurorluğunun koordinasiyası altında altı ay ərzində dəqiq texniki və fiziki izləmə aparılıb. Əməliyyat çərçivəsində 548 şübhəli fərdi şəkildə müəyyən edilib. Şübhəlilərdən 75-nin cəzaçəkmə müəssisələrində olduğu aydınlaşıb. Qazientep və 14 vilayətdə eyni vaxtda başlayan əməliyyatda indiyə qədər 382 şübhəli saxlanılıb, qalan 91 şübhəli ilə bağlı isə məhkəmə prosesi davam edir, onlardan 4-ü xarici ölkəyə qaçmış şəxsdir.
Stopnarkotik.az