Ukraynada SKANDAL: Poçt işçiləri və polislər sifarişçilərin narkotikini mənimsəyib

Ukraynada qalmaqallı hadisə baş verib. Poçt işiləri və polislər narkotik sifarişçilərinin narkotikini mənimsəyib.

Stopnarkotik.az xəbər verir ki, Odessada Dövlət Təhqiqat Bürosu (DSB) “Nova Poçta”nın əməkdaşları və polisin birgə iştirakı ilə əlbir həyata keçirdikləri cinayət sxeminin üstünü açıb. Poçt işçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə içərisində narkotik olan bağlamaları alan şəxsləri yaxalayıblar. "Şübhəli" poçt göndərişləri aldıqdan dərhal sonra insanları şübhəli kimi yaxalayırmışlar. Bundan sonra isə həmin şəxslərin şübhəli mallarını poçt işçiləri ilə polislər mənimsəyirmişlər.

İşlə bağlı polis bölməsində, eləcə də “Nova Poşta” əməkdaşlarının və polis əməkdaşlarının mənzillərində axtarışlar aparılıb. Sxem iştirakçılarının demək olar ki, hamısı istintaq təcridxanasına salınıb. Müttəhimlərdən ikisi qanunsuz olaraq Ukrayna ərazisini tərk edə bilib.

Stopnarkotik.az