Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilər.
Bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
"Sübut edəcəm ki, bunu edə bilən yeganə şəxs mənəm. Co Bayden administrasiyasındakı adamların III Dünya Müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur. Unutmayın ki, Üçüncü Dünya müharibəsi nüvə silahları və heç kimin təsəvvür edə bilməyəcəyi bir çox digər silahlara görə heç birinə bənzəməyən bir müharibə olacaq", - deyə Tramp bildirib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb./apa