"Üç gündür ki, Belqradda iki snayperi tapmağa çalışırlar" - SERBİYA PREZİDENTİ

Serbiyanın paytaxtı Belqradda üç gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərə gəlmiş iki snayperi tapmağa çalışırlar.

Bu barədə "TV Prva"ya müsahibəsində Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Siyasətçi Novi-Sad vağzalında talvarın dağılmasının ildönümü ilə bağlı etirazlar fonunda danışarkən bu faktı qeyd edib.

"Bilirik ki, onlar gəliblər, bilirik ki, pullar haradandır, məqsədlərini bilirik. Əminəm ki, səlahiyyətli orqanlar bunu həll edə biləcəklər", - Vuçiç qeyd edib./oxu.az